Britaniyalı aktrisa Patrisiya Breyk 79 yaşında vəfat edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Patrisiya uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Qeyd edək ki, Patrisiya "Həqiqət axtaranlar", "Günahkarı müdafiə", "Sirlər departamenti" kimi bir çox ekran işlərində rol alıb.