Britaniyalı aktrisa Patrisiya Breyk 79 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə aktrisanın oğlu sosial media hesabında paylaşım edib. Patrisiya uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Qeyd edək ki, Patrisiya "Həqiqət axtaranlar", "Günahkarı müdafiə", "Sirlər departamenti" kimi bir çox ekran işlərində rol alıb.