Çinin Siçuan əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Sıçuan əyalətinin Yaan şəhərinin Luşan dairəsinə düşüb. Qeyd edilir ki, ocaq 17 kilometr dərinlikdə yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.