ABŞ Milli Qvardiyaçıları prezident seçkiləri zamanı və sonra ABŞ paytaxtında və digər şəhərlərdə təhlükəsizliyi təmin etmək üçün fövqəladə xidmətlərə dəstək verəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.
Onun sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin Kolumbiya paytaxt dairəsinin hakimiyyət orqanlarının müvafiq tələbi ilə razılaşıb. Milli Qvardiya noyabrın 5-dən 13-dək Vaşinqtonda təhlükəsizliyin təmin edilməsinə kömək edəcək. Rayder vurğulayıb ki, böyük tədbirlərdə təhlükəsizliyi artıran bu cür təcrübələr ABŞ-da standart qaydalardır.
Pentaqonun sözçüsü, altı ştatda 60-a yaxın Milli Qvardiyanın oxşar məqsədlər üçün yerləşdirildiyini bildirib. 17 ştatda Milli Qvardiyanın daha 600 əsgəri lazım gələrsə, polis işlərində iştirak etməyə hazırdır.