Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini və ölkə liderinin bacısı Kim Yo Conq hesab edir ki, KXDR-in nüvə qüvvələrini gücləndirmək xətti düzgün seçimdir.

"Unikal" xəbər  verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

O qeyd edib ki, Koreya yarımadasında və regionda güc balansının pozulması müharibə demək olacaq.

Kim Yo Conq Cənubi Koreya, Yaponiya və ABŞ-nin son təlimlərini tənqid edib. Onun sözlərinə görə, bu il ABŞ və tərəfdaşları Şimali Koreyaya qarşı 20 dəfədən çox “nüvə silahından istifadə etmək” şərti ilə müxtəlif hərbi fəaliyyətlər həyata keçirib. Üstəlik, ötən il bu ölkələr 100-dən çox təlim keçirib.

Gülayə Mecid