İyunun 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini veriblər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Pirili kəndindən olan şəhid Bədəl Zeynalovun ailəsini ziyarət edib.