Millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edib.
"Unikal" xəbər verir ki, hava şəraitinin əlverişli olduğu nəzərə alınaraq, görüşlər əsasən səyyar şəkildə kəndlərdə keçirilir. Bir çox görüşlər rayon İcra Hakimiyyətinin başçısı və yerli strukturların rəhbərlərinin iştirakı ilə birgə təşkil olunur.
Iyunun 2-də Novruz Aslanov və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı rayonunun Cülyan kəndində sakinlərlə səyyar qəbul keçirib, onları maraqlandıran məsələləri dinləyiblər. Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət açan millət vəkili regionlarda kommunal xidmətlərin, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasından, yeni müəssisələrin açılışından və məşğulluğun artırılmasından, həmçinin qanunvericilik sahəsindəki yeniliklərdən söhbət açıb.
Sakinlərin müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti yerli vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.