Daim uşaqları diqqət mərkəzində saxlayan, sosial məsuliyyət layihələri ilə tanınan və sloqanlarından biri “Gələcək sağlam olsun” olan “Sun” markası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival təşkil edib.
"Unikal" xəbər verir ki, festival Xətai rayonu icra hakimiyyətinin dəstəyi ilə 30, 31 may və 1 iyun tarixlərində paytaxtımızın müasir və ən gözəl parklarının biri olan Gənclik parkında həyata keçirildi. 3 gün davam edən "Gələcək sağlam olsun" festivalında uşaqlar üçün bol əyləncəli və bir-birindən maraqlı hədiyyəli yarışmalar nəzərdə tutulmuşdu. 3 mindən çox uşağın iştirak etdiyi festivalda uşaqları əyləndirmək və unudulmaz anlar yaşatmaq üçün müxtəlif yarışmalar, rəqslər, kloun, kiçik teatr səhnəcikləri, üz boyama və uşaqların şəkil çəkdirmələri üçün maraqlı fotozon və s. həyata keçirildi və gigiyena önəmi ilə bağlı məlumatlar verilib.
Bununla bərabəra “Sun” markası bu gözəl bayramı çox özəl bir şəkildə şəhidlərimizin əmanəti olan onların övladları ilə birlikdə də qeyd etdi. Nərgiz fondunun həyata keçirdiyi tədbirdə şəhid övladları müxtəlif əyləncəli oyunlar, üz boyama və s tipli fəaliyyətlərdə iştirak ediblər.
Azərbaycanın ilk gigiyenik kağız markası və 20 ildən artıqdır süfrələrin əvəzolunmazı olan “Sun” markası “Gələcək sağlam olsun” sloqanı ilə gələcəkdə də uşaqlar üçün xüsusi sosial layihələrini davam etdirəcək.