Türkiyəli aparıcı Burcu Esmersoy üçüncü dəfə nikah masasına oturmağa hazırlaşır.
"Unikal" xəbər verir ki, aparıcı uzun müddətdir eşq yaşadığı Nazım Akmandildən evlilik təklifi alıb. Bu barədə özü danışan Burcu təklifi İtaliyada aldığını bildirib:
"Toyun yayın sonunda olması barədə danışırıq. Tarixdən əvvəl yerini müəyyən etməyə çalışırıq. Görək. Evlilik təklifini İtaliyada aldım, eyni yerdə də ola bilər".
Qeyd edək ki, Burcu 2019-cu ildə iş adamı Berk Suyabatmazdan boşanıb.