Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi müzakirə olunub.
Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqlarının ədalətli və qanuni əsaslara söykəndiyini bildirib.
O vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.