Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
"Unikal" xəbər verir ki, o, bu barədə “Twitter“ hesabındakı paylaşımında bildirib.
“İrəvanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Təhlükəsizlik Şurasının sədri Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyanla intensiv görüşlər oldu. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə (əlaqələrinə dair) ən son vəziyyəti müzakirə etdik”, - deyə Klaar bildirib.