Türkiyəli müğənni Sərdar Ortaç açıqlamasıyla gündəmə gəlib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi müsahibəsi zamanı ayda sevənləri üçün 100 video çəkdiyini deyib:
"Təxmini 100 video çəkirəm. Sevələrimlə söhbət edirəm, mahnı oxuyuram, doğum günlərini təbrik edirəm, küsülü olan cütlükləri barışdırıram. Mənə qarşı böyük maraq var. Ən çox videosu istənilən məşhur simayam".
Qeyd edək ki, S.Ortaç bu işdən ayda 120 min lirə qazanır.