Qazaxıstanda ümumrespublika referendumu başlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, ölkə vətəndaşları Konstitusiyanın 33 maddəsinə 56 dəyişikliyin edilməsi məsələsi ilə bağlı səs verəcəklər.
Səsvermə üçün 10 013 seçki məntəqəsi açılıb. Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısına 11 milyon 722 min 536 nəfər daxil edilib.
Bundan əlavə, Qazaxıstan Xarici İşlər Nazirliyi 52 ölkədə 65 məntəqə yaradıb. Burada 11 mindən çox Qazaxıstan vətəndaşı səs verməsi nəzərdə tutulur.
Səsvermə yerli vaxtla 20:00-dək aparılacaq.