Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səs veriblər.
"Unikal" xəbər verir ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay Tviterdə eks-prezidentin seçki qutusunun yanında çəkilmiş şəklini paylaşıb.
“Nursultan Nazarbayev ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinə səs verib”, - o yazıb.
Tokayev öz seçimini Nur-Sultan şəhərində, yeni Məktəblilər Sarayında yerləşən 59 saylı seçki məntəqəsində edib.