ABŞ-ın “Blue Origin” şirkəti şənbə günü göyərtəsində altı turistlə birlikdə “New Shepard” kosmik gəmisinin növbəti suborbital uçuşunu uğurla həyata keçirib.
"Unikal" xəbər verir ki, şirkətin saytında hadisənin canlı yayımı aparılıb.
Van Horn (Texas) şəhəri yaxınlığındakı kosmodromdan uçuş yerli vaxtla saat 08:26-da (Bakı vaxtı ilə 17:26) baş verib, bundan sonra gəmi təxminən 100 km hündürlüyə qalxıb, orada sərnişinlər çəkisizlik vəziyyətdə olublar. Uçuş cəmi 10 dəqiqədən bir qədər çox davam edib.
Qeyd edək ki, bu, “New Shepard”-ın beşinci turistik uçuşu olub. İlk uçuşlar isə 2021-ci ilin iyul, oktyabr, dekabr aylarında, həmçinin bu ilin 31 martında baş verib.