Türkiyənin Antalya hava limanında Moldovaya məxsus sərnişin təyyarəsi “Air Moldova” aviaşirkətinin borclarına görə saxlanılıb.
"Unikal" xəbər verir ki, Kişinyova digər reyslər də ləğv edilib.
“Air Moldova” bildirib ki, uçuşlarla bağlı problemlər türk provayderin aviaşirkə qarşı iddia edilən müqavilə borclarına istinad etməsi ilə bağlıdır. Eyni zamanda “Air Moldova” borcun ödənildiyini vurğulayır.
Təyyarə ilə bağlı insident səbəbindən sərnişinlər hava limanında 9-14 saat vaxt keçiriblər. “Air Moldova” səenişinlərdən üzr istəyib və problemi həll etdiklərini bildirib