Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına artilleriya zərbələri endirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Pəncə-kilid" əməliyyat bölgəsində 2 terrorçu zərərsizləşdirilib. Nazirlik əməliyyatların davam etdiyini bəyan edib.