Qaxda yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Məmmədəli Əmirov küçəsində baş verib.

Belə ki, Hacıyeva Nərminə Neymət qızı və Hacıyev Salam Hacıxan oğluna məxsus bir damın altında bir-birinə bitişik ümumi sahəsi 225 kv/m olan 2 ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə iki yangınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Seymur Əli