Angela Merkel hakimiyyətdə olduğu müddətdə Vladimir Putinlə davranışına görə peşman olmadığını bildirib və iddia edib ki, Rusiya prezidenti Ukraynanın 2008-ci ildə hökuməti tərəfindən bloklanan NATO-ya üzvlük planını "müharibə elanı" kimi qəbul edib.
"Unikal" "Guardian"a istinadən xəbər verir ki, bunu eks-Almaniya kansleri Angela Merkel deyib.
O, həmçinin ATƏT-in Minsk qrupunun Putin tətəfindən ləğv edildiyini bildirib: "Mən başa düşdüm ki, Putin Minsk prosesini bitirib".
Merkel Rusiyanın təcavüzkar müharibəsini açıq şəkildə pisləsə də, o, həm də bəzi günahları Qərbdə gördüyünü deyib.
Ağarza Elçinoğlu