Fransanın keçmiş prezidenti Fransua Olland aktrisa Juli Qaye ilə ailə həyatı qurub.
"Unikal" xəbər verir ki, toy mərasimi Tül şəhərində baş tutub.
Bildirək ki, bu, 67 yaşlı eks-prezidentin ilk rəsmi nikahıdır. Onun əvvəlki sevgilisi jurnalist Valeri Trierveyler ilə ittifaqı 8 il əvvəl məhz Qaye ilə münasibətlərə görə başa çatmışdı.
Eyni zamanda, Ollandın Fransa Sosialist Partiyasındakı həmkarı Seqolen Royal ilə qeyri-rəsmi ailə həyatından dörd övladı var.
Qeyd edək ki, Olland 2012-2017-ci illərdə prezident olub.