“Ötən həftələrdə Ukrayna və Rusiya arasında danışıqlardan uzaqlaşma olmuşdu”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
“Amma son günlərdə istər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları, istərsə də bizim etdiyimiz təmaslardan yenidən danışıqlara qayıtmaq üçün zəminin ola biləcəyini görürük. Hər iki tərəf buna razı olarsa, biz də vasitəçi olaraq öhdəmizə düşəni edərik”, - XİN başçısı qeyd edib.