"Neftçi" klubunun baş məşqçisi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub.
Samir Abasov istefaya göndərilib. Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək namizədlər müəyyənləşəcək.
Yeni baş məşqçinin əcnəbi olacağı açıqlanıb. O, iki nəfər arasından danışıqlar aparıldıqdan sonra seçiləcək.
Abasovun istefasına səbəb kimi qarşısına qoyulan vəzifələrdən birini yerinə yetirsə də, Azərbaycan Kubokunu qazanmaq vəzifəsini yerinə yetirə bilməyib. O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.
B komandasına Rəşad Abdulllayev rəhbərlik edəcək.
Yay toplanışının birinci mərhələsi Bakıda, ikinci mərhələsi Türkiyədə olacaq.
Gərgin müzakirələrdən sonra qərara alınıb ki, Akademiya binası tam başa çatdırılsın. Akademiyaya texniki direktor kimi də əcnəbi mütəxəssis rəhbərlik edəcək.