Dövlət Miqrasiya Xidmətinin saytında müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı açıqlanıb.
"Unikal" xəbər verir ki, burada 14 nəfərin adı yer alıb. Onlardan 2-si Belarus, 3-ü Türkiyə, 3-ü Rusiya, 2-si İran, hər birindən 1 vətəndaş olmaqla Çin, Hindistan, Pakistan və Gürcüstan vətəndaşlarıdır.
"İnzibati icraat haqqında" qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur. Bu şəxslər on gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.
Anar Kəlbiyev