Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 217,4 mln. manatlıq ərzaq məhsulları, o cümlədən 908,9 mln. manatlıq içkilər və tütün məmulatları satılıb.
"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin eyni göstəricisinə nisbətdə, əhali tərəfindən təkcə ərzaq məhsullarına 1 679,8 mln. manat və ya 22,3% çox vəsait xərclənib. İçki və tütün məmulatları üzrə isə əhaliyə illik ifadədə 65,3 mln. manat və ya 7,7% çox məhsul satılıb.
Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə ərzaq məhsulları üzrə 478,6 mln. manat və ya 30,6% artaraq 2 043,6 mln. manat, içki və tütün məmulatlarının satışları isə 36 mln. manat və ya 21,1% azalaraq 134.7 manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının (2,6 faiz bəndi artım) alınmasına, 5,1%-i isə içki və tütün məmulatların alınmasına (azalma - 0,4 faiz bəndi) sərf olunub.