"Azərbaycanın taxıl və əsas qida məhsulları ilə bağlı ehtiyatları kifayət qədərdir".
Bunu "Unikal"a açıqlamasında deputat Rüfət Quliyev deyib. Onun sözlərinə görə, o demək deyil ki, bu istiqamətdə işlər aparılmır:
"Hökumət bu məsələlərlə bağlı işlər aparır. Yeni ölkələrlə müqavilələr bağlanır. Bəzən görürsən, çörək qıtlığı yaranacaq və s. kimi fikirlər səsləndirilir. Bu məsələ ilə bağlı qorxunc xəbərlər vermək doğru deyil. Heç də belə olmayacaq. Ola bilər ki, qiymətdə müəyyən dəyişiklik olsun. Bu da subyektiv deyil, obyektivdir. Dünyada gedən proseslər istər-istəməz bizə də təsir edəcək. Taxılın 75-80 faizini ölkəmizdə əkib-yığa bilsək, tam sığortalanırıq. Bu istiqamətdə hökumət işlərini davam etdirir. Yeni ölkələrlə müqavilələr bağlanır".
Anar Kəlbiyev