Rusiya işğal etdiyi Ukrayna ərazilərində yaşayan əhaliyə SSRİ pasportları vermək istəyir.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.
"Rus işğalçıları Kiyev vilayətinin tutulacağı təqdirdə burada işğal administrasiyası yaratmaq və yerli respublika elan etmək üçün referendum təşkil etməyi planlaşdırırdılar. Onlar bütün sakinləri qeydiyyata almaq və SSRİ pasportlarını məcburi şəkildə tətbiq etməyi düşünürlər", - məlumatda deyilir.
Əlavə olaraq, xüsusilə də Buça rayonunda tərk edilmiş evdə keçmiş SSRİ-nin boş pasportları olan anbar tapılıb.
Ağarza Elçinoğlu