Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi iqlim dəyişiklikləri ilə bağlıdır.
"Unikal" xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, 2005-ci ildən Xəzərin suyunun geri çəkilməsini daha çox müşahidə etməyə başlamışıq: "Xəzərə tökülən çaylarda suyun azalması müşahidə olunur. Bunlar qlobal istiləşmənin təsiridir. Bu, dənizdə yaşayan canlıların qida zəncirinin azalmasına gətirib çıxarır. Proses davam etməkdədir". (trend.az)