Sel-qasırğa nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda hadisə baş verən ərazilər də daxil olmaqla ölkənin bütün ərazisində elektrik enerjisi təchizatı tam qaydasındadır.

Qeyd edək ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı. "Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.

14:39

İyunun 10-nu gecə saatlarında Daşkəsən rayonu ərazisində başlayan güclü leysan nəticəsində rayonun elektrik şəbəkəsinə cidd ziyan dəymişdir.

"Unikal" xəbər verir ki, Daşkəsənin Çanaqçı, Zivlən, Alaxançallı və Şəkərəm kəndlərinin elektrik enerjisi təchizatında fasilələr yaranmışdır.
"Azərişıq" ASC-nin ərazi üzrə Qəza xidməti tərəfindən aparılan işlərdən sonra elə həmin gün Çanaqçı və Şəkərəm kəndlərində elektrik enerjisinin verilişi bərpa edilmişdir.
Digər iki kənddə - Alaxançallı və Zivlən kəndlərində sel suları kənd yollarını tam yararsız vəziyyətə saldığından bərpa işlərinin görülməsinə ciddi maneə yaransa da, lakin elektrik enerjisinin bərpası işi yekunlaşmaq üzrədir.
Ağstafa rayonu ərazisində də təbii fəlakət  rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurmuşdur.
Hadisə nəticəsində xeyli sayda müxtəlif güclərdə olan yüksək və aşağı gərginlikli xətt dayaqları sınmış, elektrik naqilləri zədələnmiş, bəzi ərazilərdə güclü sel elektrik xətlərini yuyub aparmışdır.Hazırda butün xətlər gərginlik altındadır. 110/10 kV-luq "Poylu-Dartı" yarımstansiyasından çıxan Ceyrançöl hava xətdində 2 budaqlanmada təmir-bərpa işləri davam etdirilir.
Qeyd edək ki, hadisədən dərhal sonra ərazilərə əlavə mal-material, maşın-mexanizmləri və işçi qüvvəsi cəlb edilmişdir. Təbii fəlakətin vurduğu ciddi zərərin aradan qaldırıması istiqamətində operativ şəkildə tədbirlər görülmüşdür.