Dünyanın ən böyük geyim firmalarından biri olan "Zara" öz saytında satışa təqdim etdiyi dəri sandalın imicində çörəkdən istifadə edib.
"Unikal" xəbər verir ki, 250 avroya satılan məhsul çörəyin üzərində reklam olunub.
Belə ki, qısa zamanda görüntülər sosial media istifadəçiləri tərəfindən böyük hörmətsizlik kimi qiymətləndirib və ən sərt reaksiya türkiyəli müğənni Yıldız Tilbedən gəlib.
Məşhur müğənni brendin eybəcər reklamına belə reaksiya verib:
"Dünyada və ölkəmizdə bu qədər ac və möhtac insan olduğu halda çörəyə bu təhqir necə edilə bilər? Allah sizdən soruşsun, əclaflar. O nemət sizə dəysin, sən ayaqlarının altında qal, inşallah”.