"Məni hər zaman səhnədə görmək istəyənlərə bir söz vermişəm: çıxacam səhnəyə və oxuyacam".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Bizimləsən" verilişində deyib. Oğlunu itirən müğənni atası ilə eyni taleyi yaşadığını söyləyib:
"Atam aşıq idi. Onun ən məşhur vaxtında 28 yaşında, konservatoriyanın sonuncu kursunda təhsil alan qardaşım faciəvi şəkildə dünyasını dəyişdi. Atam ondan sonra sənətə getmədi. Sazı basırdı sinəsinə oxuyurdu, ağlayırdı. Baxıram ki, taleyim atamın taleyinə bənzədi. Amma mən oturmayacağam. Çalışacağam ki, güclü olum. Səhnəyə çıxacağam.
Analarımıza güclü yox, xoşbəxt olmağı arzulayıram".
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.