İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.
"Unikal" bunu Xidmətin rəisi Məmməd Abbasbəyli deyib. O qeyd edib ki, Məcəllə Milli Məclisə təqdim ediləcək.
“Ümidvarıq ki, Rəqabət Məcəlləsi bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunacaq”.