Böyük Britaniya Belçikadan Ukrayna üçün 20-dən çox özüyeriyən artilleriya qurğusu alıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən sonra çıxış edən Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
Uolles qeyd edib ki, indi bəzi yerlərdə Rusiya artilleriyaya görə onlarla dəfə Ukraynanı üstələyir.
Eyni zamanda, nazir bildirib ki, müttəfiqlər Ukraynaya müharibədə qalib gələ bilmək üçün kifayət qədər silah verirlər.
“Düşünürəm ki, ukraynalıların yaxın bir neçə həftə ərzində ölkənin şərqində əhəmiyyətli irəliləyiş əldə etmək, hətta Odessa kimi yerləri qorumaq imkanı var və olacaq”, - o deyib.
Onun fikrincə, Ukrayna qüvvələri tezliklə “ölkənin şərqində mühüm irəliləyiş” əldə edə biləcək.
Ramil Zeynallı