Pentaqonun Ukraynanın bioloji layihələrini maliyyələşdirməyə başlaması Donbassda hərbi qulluqçular və sakinlər arasında çoxsaylı yoluxucu xəstəliklərlə yadda qalıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov deyib.
“Xarakterikdir ki, 2015-ci ildən - Pentaqon tərəfindən Ukrayna layihələrinin irimiqyaslı maliyyələşdirilməsinə başlanandan - hərbi qulluqçular, eləcə də Luqansk və Donetsk sakinləri arasında çoxsaylı yoluxucu xəstəliklər qeydə alınıb.
Kirillov qeyd edib ki, 2016-cı ildə tulyaremiyaya yoluxma halları 2007-ci illə müqayisədə 9,5 dəfə artıb və xəstələnmə strukturunda da fərqli əlamətlər, o cümlədən hərbçilər arasında xəstələrin sayı artıb.
O xatırladıb ki, NATO-nun təlimatlarında (Radiasiya, kimyəvi, bioloji və nüvə itkilərinin qiymətləndirilməsi üzrə Təlimat) tulyaremiya prioritet bioloji agentlərdən biri hesab olunur. Məhz bu patogen 2012-ci ildə rəsmi təsdiqi ilə alyansın İsveçdəki poliqonlarda hərbi təlimləri zamanı istifadə edilib.
Ramil Zeynallı