Britaniya hakimiyyəti Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökumətinin dərc etdiyi məlumatda deyilir.
Böyük Britaniyanın genişləndirilmiş sanksiyalar siyahısına digər ruslar da daxil edilib. Onların arasında Rusiya Federasiyasının Prezidenti yanında uşaq ombudsmanı Mariya Lvova-Belova da olub.
London Uşaq Hüquqları üzrə Müvəkkili “Ukraynalı uşaqları məcburi köçürməkdə və övladlığa götürməkdə” ittiham edir.
Bundan başqa, Moskva Şəhər Dumasının deputatı Sergey Savostyanov və “Volqa-Dnepr”in direktorlar şurasının rəhbəri Aleksey İsaikin də “qara siyahı”ya salınıb.
Xatırladaq ki, patriarx Kirill mayın sonunda sanksiyalar siyahısına daxil edilməli idi, lakin bu qərar Macarıstan tərəfindən əngəllənmişdi.
Ramil Zeynallı