Avropa İttifaqı Ukraynaya üzvlük üçün namizəd statusu verməyə hazırdır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.
"Hazırda ukraynalılara belə çətin anda - "daha sonra gəlin" deməyə haqqımız yoxdur. Ona görə də indi onlara siqnal verməliyik: bəli, biz indi sizə Aİ üzvlüyünə namizəd statusunu verməyə hazırıq", - Makron TF1-ə müsahibəsində bildirib.
İyunun 17-də Avropa Komissiyası Ukraynaya, eləcə də Moldovaya və Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı qərar verməlidir. Namizəd statusunun verilməsi və ya rədd edilməsi ilə bağlı qərar Avropa Komissiyasının tövsiyələri nəzərə alınmaqla, iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə Aİ-nin dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək.
Ramil Zeynallı