Amerika Birləşmiş Ştatları (ABŞ) sanksiyaları pozduğuna görə bütün dünya şirkətlərinə Belarusun Belavia aviadaşıyıcısının təyyarələrini təmir etməyi qadağan edib.
"Unikal" bu barədə Reuters-ə istinadən xəbər verir.
ABŞ Ticarət Departamenti Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyaları pozaraq, Boeing təyyarələrində uçuşlar həyata keçirmək üçün Belavia üzərində ixrac nəzarətini genişləndirib.
Belarus aviadaşıyıcısı Rusiya, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Misirə uçuşlar həyata keçirməklə sanksiyaları pozub.
"Belarus Rusiyanın Ukraynadakı ədalətsiz müharibəsini qeyri-qanuni şəkildə dəstəklədiyi kimi, onun milli aviaşirkəti "Belavia" da bizim ixrac qanunlarımıza əməl etmir", - deyə ticarət katibinin ixraca nəzarət üzrə köməkçisi Metyu Akselrod bildirib.
Bu qərar "Belavia"-nın öz təyyarə parkını idarə etmək üçün hər hansı Amerika texnologiyasından istifadə etməsinə mane olmalıdır. Qadağa həm Boeing, həm də Embraer təyyarələrinə şamil edilir.
Xatırladaq ki, may ayında İsrail “Belavia” təyyarəsinə texniki xidmət göstərməkdən imtina etmişdi.
O da bildirilirdi ki, "Belavia" sanksiyalar səbəbindən uçuşların müddətində rekord artım əldə edib.
R. Yaquboğlu