Rusiyada yaşayan 33 yaşlı rəqqasə Yekaterina Zavalişina "casusluq" və "dövlətə xəyanət" ittihamları ilə Moskvada saxlanılıb.
"Unikal" xəbər verir ki, "Katya" ləqəbindən istifadə edən Zavalişina Moskvadan qaçmağa hazırlaşarkən tutulub.
Belə ki, biznes analitiki kimi çalışan Zavalişinanın “dövlət sirlərini xarici ölkə nümayəndəsinə verdiyi” iddia edilib. Gənc qadının “gizli dövlət sirləri”ni hansı ölkə ilə bölüşdüyü açıqlanmasa da, Zavalişinanın Moskvadan İsveçrəyə qaçmaq üzrə olduğu zaman yaxalandığı açıqlanıb.
Gənc qadının avqustun ortalarında keçiriləcək məhkəməyə qədər həbsxanada qalacağı öyrənilib.
Saxlanılan Zavalişinanın günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.