"Nə qədər ki, dəmiryolu, avtomobil yolu açılmayıb, Naxçıvana aviabiletlərin qiymətlərinin artırılması yoxsul, imkansız ailələr üçün problemlər yaradır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, ailələr var ki, 7-10 ildir müalicə üçün Bakıya gələ bilmirlər:
"İran üzərindən quru yolu ilə Naxçıvandan Azərbaycana gəlmək üçün əvvəllər 30 manata olan gediş haqqı əlavə olaraq 8 manat artırılıb və hazırda 38 manat olub. Vaxt itkisini nəzərə alsaq, quru yolu ilə də gedib gəlmək heç də əlverişli deyil”.
Deputat qeyd edib ki, Naxçıvana və Türkiyəyə olan aviabiletlər AZAL tərəfindən öncə turizm şirktələrinə satılır.
"Gürcüstanla müqayisədə Türkiyəyə Bakıdan olan aviabiletlərin qiymətləri 5-6 dəfə bahadır. Qiymtərlər baha olduğuna görə, tələbələr ölkəmizə gələ bilmirlər. Onlar yerli hava şirkətləri ilə İğdıra, oradan Naxçıvana və daha sonra isə hava yolu ilə Azərbaycana gəlməli olurlar. Bu qiymət siyasətindən bütövlükdə bütün Azərbaycan əhalisi əziyyət çəkir. Təsəvvür edin, 20 gün, bir ay sonraya aviabiletlər tapılır. Düşünürəm ki, hökumət bu məsələ haqqında həssaslıqla düşünməli və qısa müddətdə Naxçıvan əhalisini bu əziyyətdən, zülmdən qurtarmalıdır".
Anar Kəlbiyev