"Bu gün hələ də penitensiar xidmətlərdə insanlar məhbuslarla görüşə gedən zaman “PCR” testlər tələb olunur. Bu, həm vətəndaşlar üçün, həm də vəkillər üçün əlavə xərclər yaradır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, ən azından ilkin mərhələdə vəkillər üçün bu testlərin ləğv olunması çox yaxşı olardı.
Anar Kəlbiyev