"Bizdən soruşurlar ki, nə üçün müasir silahları İsraildən alırıq. Ona görə ki, İsrail bizdən fərqli olaraq elmə 20 dəfə artıq pul ayırır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisi bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bu baxımdan, elmə vəsait ayırmaq lazımdır. Deputat qeyd edib ki, ötən il ÜDM-in 0,2 faizi elmə ayrılıb:
"Yaponiyada bu göstərici 3,2, İsraildə 4,94, Fransada 2,19, Almaniyada 3,3 faizdir. Pul ayırmadan elmi inkişaf etdirmək mümkün deyil. Ölkəmizin 2021-ci ilin dövlət büdcəsində ən çox icra olunmayan xərclərdən biri elmə ayrılan vəsaitlə bağlıdır. Ayrılan vəsait cəmi 15,6 faiz icra olunub. Elmə 180 milyon vəsait ayrılıb. Onun da 28 milyonu icra edilib".
Anar Kəlbiyev