“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Quba rayonunda vətəndaş qəbulu keçiriləcək.

"Unikal" xəbər verir ki, 20 iyun saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.