Münhen "Bavariya"sı Sadio Maneni transfer etmək üçün "Liverpul"la da razılığa gəlib.

"Unikal" xəbər verir ki, bu transfer üçün Bundesliqa təmsilçisi 32 milyon avro təzminat ödəyəcək. Müqavilədə asan əldə edilə biləcək 6 milyon avro məbləğində bonus da yer alıb.

"Bavariya"nın bu transferini yaxın vaxtlarda açıqlayacağı gözlənilir.