Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyunun 20-də saat 11:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küç. 213) Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Unikal"a bildirilib ki, qəbul zamanı Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.