SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (21-22.06.2022 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
"Unikal" xəbər verir ki, aksiya həftənin ikinci günü saat 14:00-dan 15:00-dək Ağstafa rayonunda (Köçəsgər kəndi) 17:00-dan 18:00-dək Tovuz rayonunda (Çatax kənd icra nümayəndəliyinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Gədəbəy rayonunda (Qoşabulaq kəndi, Tibb məntəqəsinin qarşısı), 14:00-dan 15:00-dək isə Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.