İtkin düşmüş Hindistan vətəndaşının tapılması üçün mükafatın məbləği artırılıb.
"Unikal" xəbər verir ki, bunu itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti bildirib.
Onun sözlərinə görə, qardaşını tapan şəxsə 25 000 manat pul mükafatı verəcək.
Qeyd edək ki, Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamaq mümkün olub. Daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.