Bərdə rayonunda nənə xəstə nəvəsini bazarda diləndirib.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar:

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.