Madrid "Real" fransalı hücumçusu Kərim Benzema ilə müqaviləni uzadacaq.

"Unikal" xəbər verir ki, yeni sözləşmə 2024-cü ilin yayına kimi olacaq.

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. 34 yaşlı fransızın "kral klubu" ilə 2023-cü ilin iyununa qədər müqaviləsi var.