“WhatsApp” tərtibatçıları “Android” və “iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər. Yeniliklərdən biri odur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.
"Unikal" xəbər verir ki, istifadəçilər indi qrup zəngi zamanı digər iştirakçıların səsini söndürə biləcəklər. Bu, həmsöhbətlərdən birinin mikrofonu söndürməyi unutduğu zaman çox faydalı ola bilər. Bu funksiya qrup zəngində iştirak edən hər kəs üçün əlçatan olacaq.
Bundan başqa, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər.