"Gəzən ölülərdən qorxun" serialının aktyoru Tayler Sanders vəfat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aktyor iyunun 16-da 18 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik bəlli deyil.
Bildirək ki, Tayler "A little bit of magic: Mystery city" filmindəki "Leo" obrazına görə "Emmi" mükafatına namizəd olub. Bundan başqa, o, "9-1-1: lone star" serialındakı obrazı ilə də tanınırdı.