Bitkoin 7%-dən çox ucuzlaşaraq 19 377, 41 ABŞ dolları təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə “Coindesk” platformasında məlumat yer alıb.
Belə ki, kriptovalyutanın qiyməti 2020-ci ilin dekabrından bəri ilk dəfə 20 000 dollardan aşağı düşüb.
Xatırladaq ki, may ayında Bitkoin 2021-ci ilin yayından bəri ilk dəfə 30 000 dollardan aşağı düşmüşdü. Ekspertlər ilin ikinci yarısında bitkoinin 45 000 dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırırlar. Amma bu kriptovalyutanın qiymətinin tarixi maksimuma çatacağı gözlənilmir.
ABŞ Federal Ehtiyatlar Sisteminin pul siyasətinin sərtləşdirilməsi fonunda bütün kriptovalyutalar ucuzlaşır.